köhnə şəhərə təzə nırx qoymaq

bax köhnə bazara təzə qiymət qoymaq
köhnə plastinkanı qurmaq
köhnə tarixlə
OBASTAN VİKİ
Təzə-Kənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə Alvadı
Təzə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 6429 nəfərdir. Qarşılığı Köhnə Alvadıdır. Oykonim təzə (yeni) və Alvadı (oykonim) sözlərindən ibarət olub, “yeni Alvadı, yeni salınmış Alvadı” mənasındadır. Jindi Kıncıvo Monidigah Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları vardır.
Təzə Hindkəndi
Təzə Hindkəndi (az-əbcəd. تزه هیندکندی‎, fars. هندی‌کندی جدید‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 772 nəfər yaşayır (237 ailə).
Təzə Kənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə Qala
Təzəqala (Bukan)
Təzə İbiş
Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir.
Təzə Şilyan
Təzə Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2931 nəfərdir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyçay çayının keçmiş yatağında salınmışdır. Oykonim təzə və Şilyan sözlərindən ibarət olub, “yeni Şilyan, təzə salınmış Şilyan” mənasındadır. Kənddə Təzə Şilyan kənd məscidi dini icması fəaliyyət göstərir. Şilyan: özü, sözü, çeşmənin gözü.
Təzə Ənzər
Təzə Ənzər (az-əbcəd. تزه انذر‎, fars. انذر جدید‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 634 nəfər yaşayır (202 ailə).
Təzə il
Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda Hicri yeni il qeyd edilir. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Köhnə Alvadı
Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar. Əhalisi 3699 nəfərdir.
Köhnə Gəgir
Köhnə Gəgir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Hal-hazırda kənddə 250 nəfərdən çox insan yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənddə 1 məktəb,1 kitabxana fəailiyyət göstərir.
Köhnə Hindkəndi
Köhnə Hindkəndi (az-əbcəd. کؤهنه هیندکندی‎, fars. هندی‌کندی قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 206 nəfər yaşayır (67 ailə).
Köhnə Kotam
Köhnə Kotam yaşayış yeri—Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndindən şimal şərqdə orta əsrlərə aid yaşayış yeri. Kəndin xarabalıqları Kotam çayı boyunca uzanır. Kəndin mərkəzi hissəsində məscid binası var. Evlər daş, möhrə və kvadrat formalı çiy kərpiclərdən inşa olunmuşdur. Evlər bir-birinin yaxınlığında, təpənin yamacında düzəldilmiş şəkillərdə salınmışdır. Əkin və bağ yerləri kəndin şimal tərəfindəki sahədə çay boyunca uzanır. Əhalinin əsas məşğuliyyəti bağçılıq, bostançılıq və maldarlıq olmuşdur. Kəndlə üzbəüz çayın sol sahilində Orta əsrlərə aid nekro- pol yerləşir. Kəndin içərisindəki məsciddə və nek- ropolda qalan kitabələrdə kənd sakinləri ilə bağlı məlumatlar var.
Köhnə Orand
Köhnə Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 110 nəfərdir. Bu kəndin əsasında yaranmış yeni yaşayış məntəqəsi Orand adlandırıldığından keçmiş kənd Köhnə Orand adını almışdır.
Köhnə Pinakotek
Köhnə Pinakotek (alm. Alte Pinakothek‎) — 1836-cı ildə yaradılmış Almaniyanın Münhen şəhərinin Maksforstadt hissəsində yerləşən, dünyanın sayılan rəsm qalereyası, Bavariya dövlət rəsm toplusunun tərkib hissəsi. Binanın təməl daşı 7 aprel 1826-cı ildə qoyulmuş, 1836-cı ilin payızında isə bitirlmişdir.. İkinci dünya müharibəsində 1943–44-cü illərdə bina dağıdılmış və 1952–57-ci illərdə Hans Döllqast tərəfindən zenidən tikilərək bərpa edilmişdir. Binada növbəti baş təmir 1994-cü ildə başlanılmış, 23 iyul 1998-ci ildə Köhnə Pinakotek yenidən istifadəyə verilmişdir. Muzeydə 700-ə qədər rəsm əsəri və tablo 19 zal və 49 otaqda daimi eksponat kimi sərgilənmişdir. Bu muzeyin əsas xüsusiyyəti ondadır ki, burada təsviri sənət nümunələrindən ancaq rəsmlər nümayiş olunur. Muzey divarları və otaqları digər muzeylərdən fərqli olaraq çox soyuq tərtibatlıdır. Burada dəm-dəsgahlı muzey mebel və dizayn dəstlərinə, heykəl nümunələrinə rast gəlinmir. Muzeyin belə soyuq tərtibatı bir qədər almanların qənaətcil və xəsis təbiətlərindən irəli gəlir.
Köhnə Pirçəm
Köhnə Pirçəm (az-əbcəd. کؤهنه پیرچم‎, fars. پرچم قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Əhalisinin sayı 40 nəfərdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Köhnə Tağlar
Köhnə Tağlar (əvvəlki adı: Hintağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hintağlar kəndi Köhnə Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Köhnə Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Sonralar kənddə yerləşən ermənilər onu Hintağlar adlandırmışdılar. Oykonim köhnə və tağlar (silsilələr) komponentlərindən düzəlib, "silsilədə yerləşən köhnə kənd" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinə görə belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Köhnə Xaçmaz
Köhnə Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür inzibati ərazi vahidində kənd. Köhnə Xacmaz Samur-Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xacmaz adı verilmişdi. Köhnə Xacmaz kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün belə adlandırılmışdır. Kənddə köhnə məktəb var idi. 2012-ci ildə yeni tikilən, 600 şagird yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbi istifadəyə verilib.
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi 625 nəfərdir.
Köhnə dudman
Köhnə dudman — 1927-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yazdığı tarixi dram (dramatik dilogiya) . Qəhrəman Pərviz xan dürüst kəndli Allahquluya zülm edir. Oğlu Bədəlin Rəhim xanına yüz əlli qızıl satır və gözəl qızı Gülsanları qaçırır. Allahkülü Parviz Xan onu asmaq əmrini verdi. Bədəl Rəhim xandan qaçmağa və onun yoldaşları ilə birlikdə dağlara doğru hərəkət etməyə çalışır. "Köhnə dudman" tamaşası Haqverdiyevin ikinci tarixi oyunudur. Yazıda yazıçı, ədəbi tənqidçi Kamran Məmmədovun 18-ci əsrin feodal lordu Pərviz xanın, onun insan alveri və kəndlilərin zülmünü göstərmişdir. Əhverdiyev, həmçinin, Badal, Eldar, Rəşid və xüsusilə Allahqulu kimi, üsyançı kəndlilərin, intiqam üçün bir susuzluqla cəlb edilmiş döyüşçü kəndlilərin təsvirini yaratmışdır. "Azərbaycan Sovet ədəbiyyatı tarixinin təsviri" (Moskva, 1963) adlı kitabın müəlliflərinə görə, "Köhnə dudman" dramı "kəndlilərin burjua sahibləri sisteminə qarşı mübarizəsi" ilə bağlıdır. Bu oyunda, "Ağacın kölgəsində" adlı oyunla yanaşı, mərkəzi müsbət görünüş Axverdinin erkən əsərlərindən daha inandırıcıdır .
Köhnə dünya
Köhnə dünya — 1492-ci ildə Amerikanın kəşfinə qədər avropalılara məlum olan dünyanın üç hissəsinin — Avropa, Asiya və Afrikanın ümumi adıdır. Adətən Yeni dünyaya qarşı qoyulur. Başqa sözlə, Köhnə dünya Afro-Avrasiyadır. Köhnə dünya Xristofor Kolumbun səyahətindən əvvəl avropalılara məlum olan torpaq hissələrindən ibarətdir: Avropa, Asiya, Afrika və ətraf adalar. Bu termin Amerika və Okeaniyanı nəzərdə tutan Yeni dünyaya qarşıdır. O dövrdə avropalılar Asiya və Afrikanın daxili ərazilərini fəal şəkildə tədqiq etməsələr də, onun mövcudluğu hətta Yaponiya və Cənubi Afrikada da məlum idi, buna görə də onlar həm də Köhnə Dünya hesab olunurlar. Antarktida nə Köhnə, nə də Yeni Dünya hesab olunur, çünki terminlər onun avropalılar tərəfindən kəşfindən əvvəldir. Bioloji nöqteyi-nəzərdən Köhnə dünya orqanizmlərinə Avrasiya və Afrikada, Yeni dünya orqanizmlərinə isə Amerikada rast gəlinir. Köhnə və Yeni dünyalar arasındakı fərq şərablara da aiddir: müvafiq olaraq, Avropa şərabları Köhnə dünya şərabları, Amerika və Okeaniyada istehsal olunan şərablar isə Yeni dünya şərabları kimi təsnif edilir. Arxeologiya və ümumi tarix kontekstində "Köhnə dünya" termini Tunc dövründən bəri mədəni təmasda olan, əsasən mülayim zonada ilk sivilizasiyaların paralel inkişafına səbəb olan dünyanın hissələrini əhatə edir.
Köhnə hamam
Köhnə hamam — memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Hamam 1900-ci ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var. Qalaqayın məscidi Şamaxı məscidi Baba Samid məqbərəsi mes.mctgov.az.